Logo

Qərbi Kaspi Universitetinə institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib

23.01.2025 14:30 46 baxış
IMG

Qərbi Kaspi Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə  tədbir keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirin əsas məqsədi Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Qərbi Kaspi Universitetinin institusional akkreditasiya  qiymətləndirməsindən keçməsi səbəbilə akkreditasiya şəhadətnaməsinin universitetə  təqdim edilməsi olub.

Tədbirdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev, şöbənin əməkdaşları Nigar Əsgərova, Xanım Quliyeva və Mehparə Yusifli iştirak ediblər.

Qərbi Kaspi Universitetinin rəhbərliyi, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə təşkil olunmuş tədbir universitetin Qəyyumlar Şurasının sədri Hüseynqulu Bağırovun çıxışı ilə başlayıb. O, çıxışında akkreditasiya prosesinin  ölkənin ali təhsil müəssisələrinin inkişafına töhfə verəcəyinə inamını vurğulayıb. Daha sonra çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov institusional akkreditasiya qiymətləndirməsidən keçmiş adı çəkilən ali təhsil müəssisəsini və bu prosesdə əməyi olan hər bir universitet təmsilçisini təbrik edib. Daha sonra çıxış edən TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev Universitet əməkdaşlarını  təbrik edərək, akkreditasiya prosesində ali təhsil müəssisələrinin məsuliyyətindən və Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin həyata keçirilməsinin gələcək inkişaf üçün əhəmiyyətindən bəhs edib.

Şöbənin əməkdaşı Nigar Əsgərova öz nitqində Qərbi Kaspi Universitetinə uğurlar arzulayıb və tədbirdə tələbələrin iştirakını xüsusilə vurğulayaraq, təhsildə keyfiyyət mədəniyyətinin belə görüşlər nəticəsində formalaşdığını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbir iştirakçılarının sualları ətrafında müzakirələr aparılıb. Tədbirin sonunda  akkreditasiya şəhadətnaməsi TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən Qərbi Kaspi Universitetin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırova təqdim edilib.

 

 

 

 


 

Xəbər lenti