Logo

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur

23.01.2025 11:33 97 baxış
IMG

Böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir

Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunur.

Böyük summativ qiymətləndirmələrin rəqəmsal formada keçirilməsində əsas məqsəd təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin edilməsi, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və kağız israfının qarşısının alınmasıdır.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə təşkil edilir.

Xəbər lenti