Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM Təlim-Tədris Mərkəzindən STEAM tədris edilən muxtar respublikanın ümumtəhsil məktəbərinin şagirdləri üçün "Arduino texnologiyası: Arduino vasitəsilə müxtəlif layihələrin hazırlanması" mövzusunda növbəti onlayn dərs keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, mərkəzin direktoru Fuad Babayev tərəfindən keçirilən onlayn dərsdə arduinonun tətbiqi nümayiş etdirilib, şagirdlərə sensor və modullardan düzgün istifadə qaydaları, layihə hazırlayarkən diqqət etməli olduqları məsələlər izah olunub.
Qeyd edək ki, dərsin təşkilində əsas məqsəd şagirdlərə arduino və digər vasitələrlə layihələrin necə hazırlanmasını öyrətmək, onların yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirməkdir.
1/3