Bu il 26 yanvar maarifçi və görkəmli ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 162-ci ildönümü qeyd olunacaq.
AzEdu.az Təhsil Portalı 2020-ci ildən etibarən "Firidun bəy Köçərli" mükafatını təsis edib və həmin mükafat təhsilin inkişafına əhəmiyyətli töhfələr verən şəxsiyyətləri təltif etmək məqsədini daşıyır.
24 Yanvar - Beynəlxalq Təhsil Gününə özəl təhsilə töhfə verən mükafat qaliblərini ictimaiyyətə açıqlayırıq.
2025-ci il üçün "Firidun bəy Köçərli" adına mükafata layiq görülən 10 namizəd AzEdu.az ekspert qrupunun geniş müzakirələri və qiymətləndirmələri nəticəsində seçilib.
Qalibləri təqdim edirik:
Təhsil qanunvericiliyinin inkişafında və tətbiqində göstərdiyi fəallığa görə - Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov;
Ali təhsildə innovativ metodlar və peşəkar idarəetmə sahəsindəki uğurlarına görə -Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev;
Təhsilin idarəedilməsi və peşə təhsilinə verdiyi töhfələrə görə - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov;
Region təhsilinin idarə edilməsindəki nümunəvi yanaşmalarına görə - Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdiri Günay Mahmudova;
Cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsinə yönəlmiş mediada göstərdiyi mükəmməl fəaliyyətinə görə - “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyev
Qərbi Azərbaycan təhsilinin tanıdılması sahəsində əvəzsiz fəaliyyətinə görə - Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov;
Müraciətlərin sürətli və dəqiq cavablandırılması sahəsindəki operativ fəaliyyətinə görə - Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə;
Təhsilin inkişafında əhəmiyyətli ideya və təkliflərin müəllifi olduğuna görə - Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov;
Orta məktəb idarəçiliyində göstərdiyi təqdirəlayiq xidmətlərinə görə - Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova;
Müəllimlik fəaliyyətində nümunəvi xidmətlərinə görə - Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova.
Mükafatlar qaliblərə təqdim olunacaq.
Qeyd edək ki, AzEdu.az Təhsil Portalının təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş şəkildə ictimaiyyətə çatdırmaqdır.