Logo

ADPU-da “Code for Future” layihəsinin payız semestri yekunlaşıb

27.01.2025 12:35 61 baxış
IMG

Elm və Təhsil Nazirliyinin “Alqoritmika” Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi "Code for Future" layihəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024/2025-ci tədris ili üzrə payız semestri uğurla başa çatıb.

ADPU-dan Tehsil.biz-ə bildirilib ki, semestr ərzində “İnformatika və onun tədrisi metodikası” və “Proqramlaşdırma dilləri: Python” istiqamətləri üzrə ümumilikdə 216 tələbə tədrisə cəlb olunub. Tələbələrdən 205-i kursu uğurla bitirib. Tədris müddətində tələbələrin orta davamiyyət göstəricisi 93,15 faiz, performans göstəricisi isə 80,13 faiz təşkil edib.

Layihə çərçivəsində semestr ərzində tələbələrin gələcək pedaqoji fəaliyyətinə faydalı təcrübə qatmaq və araşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə 2 ekskursiya, 1 müsabiqə və müxtəlif tədbirlər təşkil olunub. Təşkil olunan kursun effektivliyinin ölçülməsi və tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə tələbələr arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən iştirakçı tələbələrin 90 faizi müəllimlərin peşəkar və məlumatlı olduğunu, 86 faizi isə kurs materiallarının müasir və faydalı olduğunu qeyd edib.

Qeyd edək ki, “Code for Future” layihəsi çərçivəsində yaz semestrinin təşkili prosesinə artıq başlanılıb.

Xəbər lenti