Yanvarın 22-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin rəhbərliyi ilə Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin 2025-ci il üçün fəaliyyət planının müzakirəsinə həsr olunan iclas keçirilib.
İclasda BSU-nun Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin “Qərbi Azərbaycan tədqiqatları və tədrisi” mövzusunda fəaliyyət planının ilkin müzakirəsi aparılıb.
Müzakirə zamanı Qərbi Azərbaycan irsinin müxtəlif elmi aspektlərdə tədqiqi, tədris prosesinin təkmilləşdirilməsi və maarifləndirici tədbirlərin təşkilini əhatə edən məsələlər diqqət mərkəzində olub.
Qeyd edək ki, fəaliyyət planına əsasən 30-dan çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur.