Logo

LDU-nun ictimai nəzarət qrupu imtahan prosesini izləyib

22.01.2025 09:08 29 baxış
IMG

Yanvarın 21-də Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən ictimai nəzarət qrupu - İctimai Şura tam yenilənmiş tərkiblə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədilə imtahanların gedişini canlı izləyib.  

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, İctimai Şuranın sədri, Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyanın direktoru, respublikanın Əməkdar müəllimi Mənsur Ağayev və şura üzvləri – Azərbaycan Respublikasının Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev, Lənkəran şəhər S.Kazımbəyov adına texniki-riyaziyyat təmayüllü liseyin direktoru, respublikanın Əməkdar müəllimi, fizika-riyazıyyat elmləri namizədi Akif Xalıqov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti və Operativ Qərargahın işi ilə yaxından tanış olublar.

İmtahan tarixləri və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması, tələbələrə imtahanın vaxtı, keçiriləcəyi otağın nömrəsi və s. barədə bir gün öncədən sms-lərin göndərilməsi İctimai Şuranın üzvlərinin diqqətini xüsusilə cəlb edib.

Lənkəran Dövlət Universitetində gördüklərindən razı qalan şura üzvləri tələbələrə uğurlar arzu edərək imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyi, tələbələrə lazımi şərait yaradıldığı üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 


 

Xəbər lenti