Logo

Türkiyənin kollec direktorları Hədəf Liseyində olublar

22.01.2025 15:13 30 baxış
IMG

19 yanvar tarixində Türkiyənin ən böyük şəbəkə liseyi olan Bil Kolleclərinin müxtəlif şəhərlərdə fəaliyyət göstərən 35 liseyinin qurucu direktorları Hədəf Liseyinin qonağı olub.

Liseydən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tərəflər Bil Təhsil Müəssisələrinin baş direktoru Elif Pehlevan, Françayzinq şöbəsinin müdiri Şükrü Nurçin, Strateji İnkişaf Şurasının sədri Ümid Kalkonun da qatıldığı görüşü iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin möhkəmləndirilməsi üçün mühüm addım kimi qiymətləndiriblər.

Azərbaycanın milli təhsil brendi olan Hədəf Liseyinin qurucu direktoru dosent Şəmil Sadiq qonaqlara Azərbaycan təhsil sistemi, rəhbərlik etdiyi təhsil ocağı və Hədəf konsepti mövzusunda çıxış edib.

Şəmil Sadiq Hədəf konsepti, xüsusən də konseptin əsas sütunu olan tədrisdə dəyərlər, liseyin özünəməxsus şagird və müəllim dəyərləndirmə sistemi barədə danışıb.

Görüşdə Şəmil Sadiqin müəllifi olduğu və Hədəf Liseyində 6 ildir ki, xüsusi fənn kimi tədris edilən “Dəyərlər” fənninin dərs vəsaiti Bill Kollecinin qurucuları tərəfindən maraqla qarşılanıb. Bu vəsaitin Bil kolleclərinin tədris proqramına əlavə edilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda qonaqlar çay süfrəsi ətrafında əməkdaşlıq məsələlərini danışıb. Tədbir oxçuluq təlimləri ilə yekunlaşdırılıb.

 


 

Xəbər lenti