SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Nurgül Əhmədova “Aspire Leaders” proqramına qəbul alıb.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, proqram Harvard Biznes Məktəbi tərəfindən təsis edilib. Burada Harvard Universiteti tərəfindən keçirilən dərs, mentorluq və professorlarla qarşılıqlı əlaqə imkanları iştirakçılar üçün əlçatan olacaq.
Dünyanın 150-dən çox ölkəsindən olan gənclər öz mədəniyyətlərini təmsil etmək, ölkələrini tanıtmaq, eləcə də əlaqə və təhsil imkanlarını genişləndirmək fürsəti əldə edəcəklər.