Logo

Mil-Muğan bölgəsində fənn olimpiadalarının yarımfinal mərhələsinə keçən şagirdlərin sayı açıqlanıb

21.01.2025 10:24 35 baxış
IMG

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinidə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 425 şagirdi uğur qazanıb.

TƏHSİL.BİZ  xəbər verir ki, yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərin 116-sı Beyləqan, 125-i İmişli, 95-i Saatlı, 89-u Sabirabad rayonunun məktəblisidir.

Xatırladaq ki, fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8-11-ci sinifləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedada malik şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarını əhatə edən elm yarışıdır.  Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi dekabr – yanvar aylarında, respublika mərhələsinin yarımfinal turu fevral – mart aylarında, respublika mərhələsinin final turu isə aprel – may aylarında Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. 

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə təşkil edilir.

Xəbər lenti