Logo

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar

21.01.2025 16:21 214 baxış
IMG

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nda dəyişiklik edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək:

- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:

1. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
2. işsiz kimi qeydiyyatda olanlar;
3. əmək pensiyası yaşına çatanlar.


 

Xəbər lenti