SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İngilis dili və humanitar fənlər mərkəzinin əməkdaşları ilə görüşüb.
BANM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, görüşdə ötən tədris ilində görülən işlər müzakirə olunub, həmçinin növbəti tədris ili üçün yeni hədəflər müəyyən edilib.
Rektor Elmar Qasımov mərkəzin fəaliyyətinin daha da gücləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.