Logo

ATMU-ya “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib

17.01.2025 11:29 49 baxış
IMG

Cari ilin 16 yanvar tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rəhbər heyəti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti arasında ATMU-nun akkreditasiya prosesinin yekununa dair görüş keçirilib.  

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşü çıxış sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov akkreditasiya prosesinin uğurlu keçməsində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib, universitetin bundan sonrakı fəaliyyətində də TKTA ilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.  

Daha sonra TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ATMU kollektivini bu uğur münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində müvəfəqiyyətlər arzulayıb. O, ümumilikdə bu prosesin əhəmiyyətindən bəhs edərək Akkreditasiya Komissiyası tərəfindən ATMU-ya verilən tövsiyələrin icrasının universitetin inkişafına töhfə verəcəyini bildirib. 

Görüşdə, həmçinin, TKTA və ATMU arasında əməkdaşlığın perspektivləri, beynəlxalq və proqram akkreditasiyasının əhəmiyyəti, ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin vacibliyi məsələləri müzakirə olunub. 

Görüşün sonunda TKTA-nın İdarə Heyətinin sədri tərəfindən ATMU rektoruna “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/15d86873-62e4-4e39-9951-f47bc655d603_473763098_1039139398251965_505652543753084158_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/3255ce4e-626d-4924-88a6-a3f89336ff0d_473821765_1039139464918625_2438601066900648919_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/17%20January%202025/076eaab8-a575-4143-b0a5-b65598f00775_473835072_1039139348251970_7168688932285737112_n.jpg

 

 

 


 

Xəbər lenti