Logo

Azər Qasımzadə: Zəlzələlərə qarşı dayanıqlı tikililər üçün yeni texnologiya tətbiq edirik

23.01.2025 11:17 74 baxış
IMG

AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzi zəlzələ təhlükəsinə qarşı yeni texnologiyalar tətbiq edərək binaların dayanıqlılığını artırmağı hədəfləyir.

Bunu TƏHSİL.BİZ -ə müsahibəsində mərkəzin direktoru professor Azər Qasımzadə deyib. O bildirib ki, müasir dövrün tikinti normativləri zəlzələ riski altında olan bölgələrdə binaların funksional itkisini və zərərini nəzərə alaraq, insanların həyatını qorumağa yönəlir. Mərkəzin həyata keçirdiyi tədqiqatlar, yüksək seysmik performanslı binaların tikintisini təmin etmək və şəhərlərin təhlükəsizliyini artırmaq məqsədini güdür.

Professor Azər Qasımzadə mərkəz tərəfindən həyata keçirilən plastik deformasiya və seysmik izolyasiya üsullarının binaların dayanıqlığını artırdığını və zəlzələlərdən sonra bu qurğuların istifadəsinin davamlı olmasına kömək etdiyini qeyd edib. O bildirib ki, mərkəz bu sahədəki ən yeni texnologiyaları tətbiq edərək daha etibarlı və sərfəli tikinti həlləri təklif edir.

Xəbər lenti