Logo

Marsda qədim göllərin izləri tapılıb

23.01.2025 09:34 31 baxış
IMG

Marsın səthinin şəkillərini tədqiq edən beynəlxalq tədqiqatçılar qrupu iki yerd' “qədim dalğa ləpələri”nin izlərini aşkar edib. Tədqiqatın müəllifləri hesab edirlər ki, dalğalar çoxdan qurumuş yerüstü su obyektlərinin izləridir.

TƏHSİL.BİZ  xəbər verir ki, tədqiqat barədə “Science Advances” jurnalında məqalə dərc edilib. Kəşf Kaliforniya Texnologiya İnstitutundan Con Qrotzingerin rəhbərlik etdiyi qrup tərəfindən edilib. Tədqiqatçılar qayalarda müəyyən etdikləri dalğa ləpələrini “tarixdən əvvəlki imza” adlandırıblar.

Onların fikrincə, belə izlər ancaq qədim zamanlarda qurumuş su hövzələri, xüsusən dayaz göllərə aid ola bilər. Tədqiq olunan dalğa ləpələrinin izləri göllərin səthdə donmuş halda deyil, Marsın atmosferinə açıq olduğunu göstərir.

Tədqiqatlara görə, bu dalğalar qədim durğun su hövzəsinin ən aydın göstəricilərindən biridir. Tədqiqatçıların fikrincə, dalğalar təxminən 3,7 milyard il əvvəl meydana gəlib. O dövrdə Marsın atmosferi havaya məruz qalan mayeni dəstəkləyəcək qədər isti və sıx olmalıdır. 

Kompüter modelləşdirməsi göstərdi ki, yalnız dərinliyi iki metrdən çox olmayan dayaz bir göl belə izlər buraxa bilər. Dalğaların 3,7 milyard il olaraq təxmin edilən yaşı Marsın iqliminin həmin dövrdə qurumağa başladığı barədə əvvəllər irəli sürülən fərziyyəni təsdiqləyir.

Əlavə edirik ki, dalğalar hələ 2022-ci ildə Marsdakı “Gale” kraterində işləyən “Curiosity rover” tərəfindən aşkar edilib. Dalğaların bir hissəsi alimlərin qum təpələri ilə tanıdığı bölgədədir. İkinci hissə qayada yerləşir, birincidən bir qədər gənc olduğu düşünülür.

 


 

Xəbər lenti