Logo

AMEA-nın Ümumi yığıncağının keçirilmə vaxtı müəyyənləşib

17.01.2025 11:32 49 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, iclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Ümumi yığıncağının keçirilmə vaxtının təyin edilməsi və gündəliyinin təsdiq edilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların, həmçinin AMEA-da həyata keçirilən genişmiqyaslı islahatların növbəti mərhələlərinin müzakirəsini təmin etmək, digər nazirlik və dövlət qurumlarının tabeliyində olan elmi və ali təhsil müəssisələrində əldə edilmiş mühüm elmi nəticələrə dair müzakirələrin həyata keçirilməsi məqsədilə Akademiyanın bütün üzvlərini özündə birləşdirən AMEA-nın Ümumi yığıncağının keçirilməsi zərurəti yaranmışdır. Qeyd edib ki, AMEA-nın yeni Nizamnaməsinə əsasən, Akademiyanın Ümumi yığıncağının keçirilməsi vaxtının təyin edilməsi və Ümumi yığıncağın iclaslarının gündəliyinin tərtib olunması AMEA-nın Rəyasət Heyəti tərəfindən həyata keçirilir.

İclasda AMEA-nın Ümumi yığıncağının 2025-ci il fevralın 21-də keçirilməsi qərara alınıb və yığıncağın gündəliyi təsdiqlənib.

Xəbər lenti