Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xarici dillər fakültəsinin IV kurs Tərcümə ixtisası üzrə (Ərəb-Azərbaycan dilləri), (Fars-Azərbaycan dilləri), (İngilis-Azərbaycan dilləri) təhsil alan 6 tələbə ilə görüş keçirib.
Tələbələr Azərbaycan Dillər Universitetinə gedərək, Şəms Tərcümə Mərkəzində, Heydər Əliyev Mərkəzində və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin yanında tərcümə sahəsində 1 semestr təcrübə keçəcəklər. Görüşdə tələbələrin təcrübə müddətində qarşılaşa biləcəkləri imkanlar və həmçinin tədris və praktiki bacarıqlarının inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Rektor Elbrus İsayev çıxışında tələbələrə gələcək karyeraları üçün belə təcrübələrin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu təcrübə tələbələrin inkişafında mühüm rol oynayacaq və onların nəzəri biliklərini praktiki fəaliyyətlə birləşdirmək üçün əvəzolunmaz bir fürsət yaradacaq.
Görüşün əsas məqsədi tələbələrin motivasiyasını artırmaq və onlara dəstək vermək olub. Bu cür təşəbbüslər Naxçıvan Dövlət Universitetində tədrisin keyfiyyətinin artırılması və tələbələrin beynəlxalq standartlara uyğun mütəxəssislər kimi yetişdirilməsi istiqamətində görülən işlərin bir hissəsidir.
Nardanə Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı