Logo

Azərbaycanda bu institut ləğv edildi

27.01.2025 14:22 421 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ləğv edilib.

AMEA-nın Rəyasət Heyətindən TƏHSİL.BİZ -ə verilən xəbərə görə, müvafiq qərar bir neçə gün əvvəl keçirilən iclasda qəbul edilib.

Bildirilib ki, AMEA-nın 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılması məqsədəuyğun olmayıb və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib:

“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi-tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”.


 

Xəbər lenti