Logo

“SABAH” məzunu Milan Politexnik Universitetində doktorantura təhsili alacaq

27.01.2025 12:30 61 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “SABAH” qruplarının 2015-2018-ci il məzunu Nadir Şükürov ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Milan Politexnik Universitetində doktorantura (PhD) təhsili almaq hüququ qazanıb.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, məzun Nadir Şükürov doktorantura təhsili müddətində Milan Politexnik Universitetinin professorları ilə birgə “Taktiki şəhərsalma dizaynı və müasir yanaşmalar” mövzusunda elmi-tədqiqat aparacaq. Adıçəkilən tədqiqat işi müasir şəhərsalma proseslərinin innovativ yanaşmalarla inkişaf etdirilməsini əhatə edir.

Qeyd edək ki, Nadir Şükürovun uğurları bununla bitmir. O, şəhər infrastrukturu və nəqliyyat layihələrinə də mühüm töhfələr verib. Bakı şəhərində “Velosiped yolları”, həmçinin Ukrayna dairəsinin “Müasir turbo tipli dairəvi hərəkət sxeminin həndəsi dizaynı” layihələrinin müəllifi olub.

Xəbər lenti