Yanvarın 24-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin rəhbərliyi ilə “Regionşünaslıq ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsi” komissiyanın növbəti iclası keçirilib.
İclas zamanı komissiyanın fəaliyyətinə dair ətraflı məlumat təqdim olunub və bu sahədə irəliləyişə nail olmaq üçün yeni istiqamətlər müəyyənləşdirilib. Bununla yanaşı, ilkin təkliflərin formalaşdırılması və onların reallaşdırılmasına dair geniş müzakirələr aparılıb.
Rektor A.Nağıyev qeyd edib ki, regionşünaslıq ixtisası üzrə peşəkar kadr hazırlığında işin düzgün təşkili, tədris planlarının müasirləşdirilməsi, məzmun və resursların daha effektiv şəkildə qurulması universitet üçün əsas hədəflərdəndir.
İclasın sonunda komissiya üzvləri öz təkliflərini təqdim ediblər.