Logo

ADPU -nun prorektoru prof.Mahirə Hüseynova jurnalist-filoloq Şəfayət Avılbəylini qəbul edib

23.01.2025 15:32 544 baxış
IMG

Yanvarın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova jurnalist-filoloq Şəfayət Avılbəylini qəbul edib.

Görüşdə Azərbaycan tarixinin poeziya müstəvisində müxtəlif dövrlərdə əksi məsələlərindən danışılıb, İrəvan, Göyçə, Dərələyəz və digər qədim türk yurdlarının ədəbi təcəssümü, eləcə də erməni işğalçılarının Azərbaycan mədəniyyətinə qarşı vandalizm aktlarının təsiri təhlil edilib.

Görüşün sonunda Şəfayət Avılbəyli qəbula görə prof.Mahirə Hüseynovaya təşəkkürünü bildirib.

Xəbər lenti