Logo

ADAU-da geodeziya ölçmələri və topoqrafik planlama mövzusunda kurs keçirilib

23.01.2025 15:06 40 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində “Geodeziya ölçmələri, topoqrafik planlama, (CİS,CAD, proqramları əsasında)” kurs təşkil edilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, kursun əsas məqsədi geodeziya ölçmələri, fotoqrammetriya, ortofoto planlarının, relyef modelləri, 3D modelin və. s geodeziya işlərinin müasir geodeziya alət və avadanlıqlarla aparılması və öyrədilməsi olub.

Təlim prosesində ADAU əməkdaşları - dosent Əfqan Hüseynov, dosent Aygün Babayeva, baş müəllim Zahid Xəlilov, dosent əvəzi Azər Xəlilov və digər təcrübəli yerli mütəxəssislər istehsalatda tətbiq edilən müasir alət və avadanlıqları təlim prosesinə cəlb edərək, onlarla işləmə qaydası, geodeziya məlumatların götürülməsi və emal edilməsi mərhələləri üzrə ustad dərsləri keçiblər.

Xəbər lenti