Azərbaycan Respublikası elm və təhsil nazirinin “2024/2025-ci tədris ilində pilot istifadəyə veriləcək dərsliklər barədə” 24 sentyabr 2024-cü il tarixli əmrinə əsasən, ölkə üzrə 150-dən çox ümumi təhsil müəssisəsində yeni hazırlanmış dərslik komplektlərinin pilot sınağı həyata keçirilir.
Sınaq prosesinin gedişini müşahidə etmək, fənn müəllimlərinin rəy və təkliflərini, şagirdlərin dərsliklərin məzmununa dair fikirlərini öyrənmək, habelə yerində lazımi tövsiyələr vermək məqsədilə pilot siniflərdə monitorinqlər aparılıb.