Logo

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam edir

30.01.2025 08:38 51 baxış
IMG

2024/2025-ci tədris ili çərçivəsində Məktəbin İnkişaf Planına (MİP) əsasən ümumi təhsil müəssisələrində “Sinfin idarə edilməsi” mövzusunda metodik görüşlər təşkil edilib. Bu görüşlər pedaqoji heyətin peşəkar bacarıqlarını təkmilləşdirmək və tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

2025-ci ilin yanvar ayında keçirilən metodik görüşlər 35, 111, 159, 162, 227, 238, 260, 265, 276, 284, 301 nömrəli tam orta məktəblərdə baş tutub. Görüşlərdə idarəetmə heyəti və fənn müəllimləri fəal iştirak edib. Görüşlərin əsas məqsədi müəllimlərlə sinfin idarə olunmasında müasir və effektiv yanaşmaların, eləcə də tədris mühitində dəstəkləyici və öyrədici mühitin yaradılması üçün strateji yanaşmaların tətbiqi olub.

Metodik görüşlərdə bir sıra fəaliyyətlər həyata keçirilib və sinfin idarə edilməsi strategiyaları müzakirə edilib. Müəllimlərə sinifdə nizam-intizamın qorunması, şagird motivasiyasının artırılması və dərs prosesinin effektiv idarə edilməsi üçün innovativ yanaşmalar təqdim edilib. Sonra sinifdə davranış problemlərinin həlli üzrə təcrübə mübadiləsi aparılıb.

Şagirdlər arasında qarşıya çıxan davranış problemlərinin idarə edilməsi üçün konstruktiv yanaşmalar müzakirə edilib. Fəal dinləmə və ünsiyyətin təkmilləşdirilməsi də müzakirə obyektindən biri olub. Bununla bağlı sinifdə müəllim-şagird ünsiyyətinin təkmilləşdirilməsi üçün fəal dinləmə və konstruktiv rəy strategiyalarının əhəmiyyəti vurğulanıb. Görüş iştirakçıları real sinif vəziyyətlərinə dair nümunələr əsasında problemlərin həlli yollarını analiz edib və sinfin idarə edilməsi üzrə təcrübələrini paylaşıb. Müəllimlər birgə müzakirə yolu ilə sinifdə mövcud öyrənmə mühitinin analizini aparıb və inkişaf üçün tövsiyələr təqdim edib.

Görüşlər nəticəsində müəllimlər sinfin idarə edilməsi üzrə yeni bilik və bacarıqlar qazanıb, bu sahədə innovativ metodların tətbiqi üçün motivasiya əldə ediblər. Metodik görüşlər, həmçinin pedaqoji heyət arasında əməkdaşlığın gücləndirilməsinə və sinifdə sağlam öyrənmə mühitinin yaradılmasına mühüm töhfə verib.

Qeyd edək ki, MİP çərçivəsində həyata keçirilən bu görüşlər, tədris prosesinin keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin akademik və sosial inkişafına da dəstək göstərməkdədir.




 

Xəbər lenti