Logo

BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar

30.01.2025 11:14 115 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "Cücələrim" startapı II yerə layiq görülüb və “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.

Mükafatlandırma mərasimi “ASAN xidmət”in "Demo Day" tədbirində keçirilib. 12 ali təhsil müəssisəsi və 2 mindən çox tələbənin iştirak etdiyi layihədə BANM-in startapı ən yaxşı layihə seçilib.

BANM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, layihənin elmi rəhbəri Biznes kaferasının müdiri Altay İsmayılov, komanda üzvləri isə biznesin idarə edilməsi ixtisasının tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva, eləcə də kimya mühəndisliyi ixtisasının tələbəsi Kənan Məhərrəmlidir.

Tələbələr Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramında iştirak etmək imkanı qazanıblar.

"Cücələrim" erkən yaşda uşaqların nitq qabiliyyətlərinin inkişafını dəstəkləyən, dünyagörüşünü genişləndirən və milli dəyərləri aşılayan tətbiqdir.

Xəbər lenti