Logo

Silvia Ferraris: Məqsədimiz gələcəyin peşəkar şəhərsalma mütəxəssislərini və dizaynerlərini hazırlamaqdır

30.01.2025 16:35 42 baxış
IMG

Ötən il ADA Universitetində memarlıq və interyer dizaynı üzrə iki bakalavr pilləsinin əsasını qoyduq. Bu gün isə iki yeni ixtisası - kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarını təqdim edirik.

TƏHSİL.BİZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universitetinin Memarliq fakültəsinin dekanı Silvia Ferraris deyib.

“Bu yeni ixtisasların əsas məqsədi gələcəyin peşəkar şəhərsalma mütəxəssislərini və dizaynerlərini hazırlamaqdır. Azərbaycan bir çox sahələrdə, iqtisadi və mədəni sahələrdə inkişaf edən bir ölkədir. Şəhərsalma mütəxəssisləri Bakı və ölkənin digər inkişaf etməkdə olan regionlarına bir çox innovativ və davamlı layihələr təqdim edəcəklər. Kommunikasiya dizaynerləri də Azərbaycanın şirkət və qurumlarının inkişafına yeni kommunikasiya strategiyaları vasitəsilə kömək göstərəcəklər”, - deyə S.Ferraris qeyd edib.

 

Xəbər lenti