Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusunda respublika elmi konfransı keçiriləсək.
AMEA-dan TƏHSİL.BİZ -ə bildirlib ki, konfrans “Gəncə - Azərbaycan milli-azadlıq hərəkatının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı”, “Azərbaycan Xalq Cümhuriyyəti tədqiqatçıları”, “Azərbaycan dövlətçilik mədəniyyətinin formalaşması”, “Azərbaycanda maarifçilik hərəkatı”, “Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə tarixi baxış”, “Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi: Qaraqoyunlu, Agqoyunlu və Səfəvi dövlətləri”, “Nadir şah Əfşar: tarixşünaslıqda yeri və türk dövlətçiliyindəki rolu” mövzularınə əhatə edəcək.
Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilər.
Tədbirin materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də nəşr olunacaq.
Məqalələrin qəbulu aprelin 15-dək davam edəcək.
Materiallar mailto:[email protected] e-ünvanına göndərilməlidir.