Logo

AzMİU-da “Uğura doğru: Semestrə Güclü Başlanğıc” adlı tədbir keçirilib

25.02.2025 14:12 70 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin Dizayn fakültəsinin təşkilatçılığı ilə tələbələrin motivasiyasını artırmaq məqsədilə “Uğura doğru: Semestrə Güclü Başlanğıc” adlı tədbir keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin xüsusi qonağı pedaqoq-təlimçi Ülviyyə Hüseynli tələbələrlə motivasiya dolu müzakirələr aparıb. O, zamanın düzgün idarə olunması, şəxsi inkişaf və stressin idarə olunması mövzularında dəyərli fikirlərini bölüşüb.

Təlimin əsas məqsədi tələbələrə uğur qazanmaq üçün lazımi ruh yüksəkliyi vermək və semestrə daha güclü başlamalarına dəstək olmaq olub. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələrlə yadda qalıb.

 

 

 

 


 

Xəbər lenti