Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi də nəzərdə tutulur.