Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə sentyabrın 24-25-də Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək.
Nazirlikdən TƏHSİL.BİZ-ə bildirilib ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox nümayəndənin iştirakı gözlənilir.
Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
• Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
• Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
• Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları
Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.