Logo

Naxçıvanda Prezident təqaüdünə layiq görülən məzunların sayı 25 faiz artıb

06.10.2025 10:11 39 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin imzaladığı yeni Sərəncama əsasən, 2025–2026-cı tədris ilində qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. 

TƏHSİL.BİZ xəbər verir ki, onların arasında Naxçıvan Muxtar Respublikasının 5 məzunu da var.

Prezident təqaüdünə layiq görülən tələbələrdən - Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Enes Hüseynli, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimli, Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbin məzunu Səma Hüseynli və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunu Cəmilə Babayeva Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin məzunlarıdır.

MR-də Prezident təqaüdünə layiq görülən məzunların sayı ötən illə müqayisədə 25 faiz artıb.

Xəbər lenti