Azərbaycanın dilbər guşələrindən olan qədim Qarabağ və onun ətrafındakı ərazilərimizin erməni işğalıçılarından azad edildiyi 44 günlük müharibədə qazanılan Tarixi Qələbədən sonra həmin ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilmiş, bölgədə siyasi sabitliyin qorunması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılmışdır. Eyni zamanda bölgənin iqtisadi inkişafı üçün xarici investorlar tərəfindən həmin ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsi üçün münbit şəraitin yaradılması dövlətimizin prioritetlərindəndir. Qələbədən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tez-tez azad edilmiş ərazilərdə səfərdə olub, müxtəlif təməlqoyma, açılş tədbirlərində iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub. Səfərləri zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verməklə, Qarabağa yaxın rayonlara səfərləri zamanı da azad olunmuş ərazilərlə Azərbaycanın digər ərazilərini bağlayacaq infrastruktur-nəqliyyat layihələrinin icrasına nəzarət edir, müvafiq göstərişlər verir.
Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsində irəli sürdüyü fikirlər , açıq mesajlardan iki gün sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsidir. Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadəolunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qalmışdır.
Qeyd edək ki, azad edilmiş ərazilərimizdə hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşılır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilmişdir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4, 4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Dövlət başçısının sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72, 8 kilometrdir. Ümumi uzunluğu 9450 metr olacaq 3 tunelin tikintisi nəzərdə tutlmuş və bu istiqamətdə müvafiq işlər aparılır. Dövlət başçısı səfər zamanıİstisu sanatoriyasının mövcud durumu ilə də tanış olmuş, “İstisu”nun öz əvvəlki şöhrətini qaytarmaq , ümumiyyətlə, Kəlbəcərin bərpası, yenidən qurulmasının əsas vəzifələrdən biri olduğunu qeyd etmişdir. Çıxış zamanı Ermənistanın Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək üçün yol çəkmək , qanunsuz məskunlaşma siaysəti aparmaq hərbi kimi cinayətinə beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşması, Ermənistana heç bir iradın tutulmaması , onları bu işlərdən çəkindirməyə cəhd etməmələrinə, Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkilməsinə Azərbaycanın buna zamanında etiraz etməsini xüsusi vurğulamışdır.
Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3, 4 kilometr uzunluğundakı tunelin təməlini qoymuşdur.
Prezident İlham Əliyev Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amilləri özündə ehtiva etdiyini qeyd etmişdir:
Aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq.
Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.
Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Aeroportdan Laçın şəhərinə məsafə 30 kilometr, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çox, Şuşa şəhərinə məsafə isə 70 kilometrə yaxındır. Gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də bu hava limanlarına enə biləcək. Beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq.
Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Hava limanları sərnişin, yükdaşımaları və hərbi məqsədlər üçün istifadə ediləcək.
Prezident İlham Əliyev səfərləri zamanı etdiyi çıxışlarda yaxın tariximizin mühüm məqamlarına da toxunur, qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmamasına çalışır, AXC-Müsavat cütlüyünün oynadığı mənfi rolu barədə ictimaiyyətə məlumatların verilməsinin elm adamları, media və təhsil işçilərininvəzifəsi olduğunu, dərsliklərdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməli olduğunu qeyd etmişdir.
Prezident İlham Əliyev çıxışlarında “Şərqi Zəngəzur”, “Qərbi Zəngəzur” toponimlərdən tez-tez istifadə edir, butoponimlərin populyarlaşdırılması Azərbaycanın ictimai fəallarının, elm və media işçilərinin vəzifəsi olduğunu bildirmiş, gələcək nəsillərin şanlı tariximizi dərindən öyrənməsi üçün əlverişli vasitələrdən istifadəsinin vacibliyini vurğulamışdır.
Səfər zamanı çıxışında həmçinin, Prezident İlham Əliyev erməni vəhşiliyndən , vandallığından bəhs etmiş və Tarixi Qələbəninerməni mifologiyasının tamamilə məhv edildiyini qeyd etmiş və bildirmişdir ki:
İkinci Qarabağ müharibəsi iləErməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyuldu.
Erməni əsgərinin “cəsur” olması və istənilən müharibədə qalib gələ bilməsi haqda mif darmadağın edildi.
Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır.
Azərbaycanlıların öz torpaqları uğrunda vuruşmayacağı, vəziyyətlə barışdıqları haqda mif dağıdıldı.
Biz göstərdik ki, bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildik.
Erməni“sərkərdələri” ilə bağlı mif dağıdıldı. Sirr deyil ki, uzun illəristənilən hərbi vəzifəni yerinə yetirə biləngörkəmli erməni generallar, sərkərdələrhaqda mif yaradılmışdı. Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdıla, gizləndilər.
Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər.
Guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və“vəhşi müsəlmanlar” arasında qalması haqda mif çökdürüldü. Ermənilər Qafqazda mədəniyyətin ocağı, beşiyi, son məntəqəsi kimi təqdim olunurdu. Onların mədəniyyəti, qazılmış qəbirlərdir, dağıdılmış məscidlərdir.
Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz.
Gələcəkdə baş verəcək müharibələrin qarşısını almaq üçün Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atılır. İndiki mərhələdə əsas vəzifə müharibənin nəticələrini möhkəmləndirməkdir, azad edilmiş torpaqlarda möhkəmlənməkdir, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Bu istiqamətdə uğurlu və davamlı addımlar atılacaq, Azərbaycanın inkişafı üçün bütün qüvvələr səfərbər olunacaqdır.
Ucar Rayon Təhsil Şöbəsinin müdiri - Rauf Məmmədov