Logo

"Suqovuşan qəsəbəsi işğaldan azad olundu"

13.10.2021 15:20 501 baxış
IMG

Vətənim,səndən də şirin nəyim var
Səni oxşamaq da yaman çətindir
Anamın gözündə şirinliyin var
Körpəmin üzündə məhəbbətindir
                       (Fikrət Qoca)

Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. 2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu əks-hücuma başladı.Əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə Azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğlu idi. 1 oktyabr saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olmuş, avtovağzala ciddi ziyan dəymişdir. İki oktyabr tarixində Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutmuşdur. Nəhayət Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad etmişdir. Azərbaycan Müdafiə Nazirliyi verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülmüşdür. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilmişdir. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilmişdir.
Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər.  Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.
Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyatında qənaətin yaranmasına səbəb olacaq.
Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub.Suqovuşan su anbarının strateji əhəmiyyəti. Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.

Suqovuşan! Artıq burada yalnız su qovuşmur! Ömür ömürə qovuşur, qan qana qovuşur, torpaq torpağa qovuşur Suqovuşanda!Suqovuşan öz doğma ruhuna, doğma sakinlərinə qovuşur! Bu gözəldən gözəl qovuşmanı, tarixi görüşməni yaşadığımız üçün çox xoşbəxtik! Bu xoşbəxtliyi bizə yaşadan ordumuza, dövlətimizə və dövlət başçımıza minnətdarıq!
Ali Baş Komandanımız xalqımıza qələbə müjdələri verdi: öncə, Suqovuşan, ardınca da, Talış (Tərtər), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycuq (Cəbrayıl), Aşağı Əbdürrəhmanlı (Füzuli) kəndləri! Beləliklə, 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımıza, 1 həftədən də qısa müddət ərzində başlatdığımız zəfər döyüşü uğurla davam edir! 
Oktyabrın 4-də cənab Ali Baş Komandanımız, mələk adlı Cəbrayıl şəhərimizin azad edildiyini elan etdi! Bu həm öncəki qurtuluşların parlaq davamı, həm də, hadisələrin mümkün inkişaf tempini, hər açılan sabaha sarsılmaz inamımızı təcalla etdirir! Təlaş içində sağa-sola saldırgan düşmən, Gəncəyə, Beyləqana raket atmaqla düşdüyü girdabı göstərmiş oldu!  Öz qanlı əməlində boğulmaq yolunu, daha doğrusu, yolsuzluğunu bir özünə təmin etmiş oldu!
Öz Ali Baş Komandanına, öz dövlətinə, ordusuna inan xalqın fərdləri, heç də hər ölkədə, hər xalqda rastlanmayan böyük coşğu ilə qələbənin təminində öz töhfəsini verməkçün can atır.
Suqovuşan və digər azad edilən ərazilərimizin, özəlliklə Arazboyu, Xudafərinli Cəbrayılın strateji önəmi barədə hərbçilərimizin, ekspertlərin rəyləri ilə tanış olduqca, təkzibedilməz şəkildə görünür ki, “hüququndan keçən əsgər”lərimiz tarix yazır! Ələ keçirilən düşmən döyüş bayraqları, çoxsaylı silah-sursat, hərbi texnika göstərir ki, düşmən öz hərbçi namusunu hifz etmək iqtidarında deyil. Görürük ki, azad olunan yerlər kilid nöqtələrə malikdir və digər – daha böyük ərazilərimizin azad olunması üçün fövqəladə əhəmiyyət daşıyır. Digər yandan, cəbhənin gerisindəki mülki əhalimizin düşmən atəşindən daha etibarlı müdafiəsi imkanları genişlənir; habelə düşmənin döyüş ruhunun haqq etdikləri şəkildə sıfırlanması prosesi güclənir. 

Artıq Ermənistanda ermənistanlılıq qalmayacağı gün uzaqda deyil. Bu aqibəti haqsızlıqla, soyıqım aktları törədə-törədə illərlə onlar özləri yartdı; Ermənistan sülhə gəlməyərək, hətta bizi daha yeni torpaqların işğalı ilə hədələyərək, bizə hərbdən başqa seçənək qoymadı!

Arazov Asim 
Qızılkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi 

Xəbər lenti