Logo

"Müəllim dővlətin diplomunu alıb, ona sertifikasiya imtahanı lazım deyil"

14.01.2022 16:01 5941 baxış
IMG

“Uşaq bağçasında da, məktəbdə də műəllimin və ya tərbiyəçinin uşaqları fiziki cəzavermə halları olub. Şərq tarixində bu hal lap çox olubdur. Mollaxanada uşaqlar oxumayanda mədrəsədə çubuqla dőyűrdűlər. Sadəcə son zamanlar bunları daha çox hallandırırlar və elə hesab edirəm ki, bunlar műəyyən qədər də məqsədli şəkildədir, çűnki kompleks şəkildə műəllimlərin űzərinə hűcum var”.

Bu fikirləri “Tehsil.biz”ə açıqlamasında dosent İlham Əhmədov bildirib.

Onun sözlərinə görə, son illər bu prossesləri daha çox hiss etmək olur: “Əvvəla, lazım oldu-olmadı műəllimləri imtahana çəkirlər. İşə dűzəltmə imtahanı, diaqnostika imtahanı, sertifikasiya imtahanı və s. Müəllim əgər dővlətin diplomunu alıbsa, dővlətin universitetində və yaxud dővlətin lisenzer verdiyi őzəl universitetdə műtəxəssis diplomunu alıbsa, ona heç bir imtahan lazm deyil. Bu sadəcə işə götürülən zaman bir műsahibə ola bilər. Yəni műəllimələri bir yandan belə nűfuzdan salırlar, bir yandan da űstlərinə çox gedirlər. Hesab edirəm ki, əgər haradasa belə bir hal olursa, təbii ki, olmamalıdır və bu, antipedaqoji bir hərəkətdir”.

Dosent İlham Əhmədov bildirib ki, şagirdlərin arasında tərbiyəsizlik halları çoxdur: “Açıq-aşkar məktəbdə siqaret çəkmək, məktəbin ətrafında narkotik satmaq və digər xoşagəlməz hadisələr çoxdur. Műəllim də insandır. 30-40 nəfər şagirdə dərs deyir. 45 dəqiqə vaxt ərəfəsində müəllim həm dərs őyrətməli, həm təlim keçməli, həm tərbiyə verməlidir, Həmin uşaqların nőqsanlarını korreksiya etməlidir. Ailədə valideyn 2 uşağın őhdəsindən gələ bilmir, műəllim 45 dəqiqədə 50 nəfərə qədər uşağın öhdəsindən gəlməli olur. Yəni konkret halda situasiyaya baxmaq lazımdır və műəllimləri nűfuzdan salmaq olmaz”.

İ.Əhmədov qeyd edib ki, uşağa çırtma vuran kimi müəllimin diplomunu əlindən almaq doğru qərar deyil: “Bəzən polislər də əsas oldu-olmadı istənilən vətəndaşa fiziki gűc tərtib edirlər. Buna görə gűnahsız insanların öldüyü hadisələrin də baş verdiyinin şahidi olmuşuq. Bunu gőrűb işıqlandıran yoxdur, ancaq műəllimin şagirdə bir çırtma vurduğunu tez görürlər. Bu məsələlərin hər birinə fərdi qaydada baxılmalı, araşdırılmalı və imkan daxilində məsələlərin qarşısı alınmalıdır. Amma műəllimin űzərinə getmək olmaz və bu birmənalıdır”.

Dosent uşaqların təhsil müəssisələrində döyülməsi hallarının qarşısını almağın bir yolu da olduğunu bildirib: “Uşaq bağçalarına kameralar qoyulsun. Videoműşahidə kameraları bir çox məktəblərdə var. Əgər hər hansı bir neqativ hal yaşanarsa, sonra videogőrűntű əsasında onu araşdırmaq olar. Əvvəlcə műəllimə xəbərdarlıq etmək lazımdır. Eyni hal bir neçə dəfə təkrarlanarsa, bu zaman onun haqqında daha ciddi qərar qəbul etmək olar. Bu dűnyanın bűtűn őlkələrində var. Çünki cəmiyyət őzű korlanıb, uşaq da ətrafa baxır ki, bőyűyə hőrmət yoxdur, telekanallarda zorakılıq verilişləri, filmlər və s. bu kimi mənfilər olduğu halda uşağı tərbiyələndirmək çətindir”.

Fəqan Əzimli

Xəbər lenti