Qeyd etmək olar ki, son illərdə baş verən Şagird-müəllim davranış pozuntuları valideyinlərin məktəbə olan inamını sarsıdıb. Araşdırmalar onu göstərir ki, əksər valideyinlər övladlarını repetitor yanına hazırlığa göndərirlər. Bunun bir açıqlaması varmı? Əlbəttə var.
Bu barədə Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib. O bildirib ki, məktəblərdə ilkin olaraq nəzarət sistemi yerli-yerində deyil. Buna sübut olaraq: şagirdlərin dərs zamanı yemək bişirməsi, başqa bir şagirdin partanı əlinə alıb sinifin ortasında yerə çırpması, başqa bir məktəbdə şagirdlərin parta üzərində gəzməsi, şagirdin digər sinif yoldaşına fiziki şiddət göstərməsi, direktorun səs yazısının yayılması, sinif rəhbərinin rüşvət istəməsi əlbəttə ki, məktəblərdə təhsilin normal şəkildə ötürülməsinə maneə olacaq. Burada valideyinlərində rolu danılmaz deyil. Valideyinlər övladlarının sağlamlığını bəzən düşünmürlər. Çünki onlar üçün əsas imtahandır. Yəni sən nə olur olsun universitetə qəbul olmalısan. Onu da qeyd edim ki, bəzən valideyinlər övladlarının az nəticə yığacaqlarını düşünüb deyirlər: "İmtahandan az bal yığsan evə gəlmə", "Az bal toplasan özünü öldür", "Sənin kimi övlad nəyimə lazımdır", "Filankəsin nəvəsi səndən yaxşıdır". Bu kimi sözlər şagirdlərə mativasiya vermir. Əksinə intihar sayını artırır. Düşünürəm ki, valideyinlər övladlarını repetitor yanına hazırlaşdırmaq üçün yox valideyinlik borcundan çıxmaq üçün bu addımı atırlar. Bu ilki qəbul nəticələrini təhlil edərkən belə qənaətə gəlirik ki, repetitor yanına getmədən ən yüksək nəticəni yəni 700 balı toplanayan şagirdimiz də olub. Məktəblərdə dərslər düzgün formada tədris edilsə şagirdlər repetitor yanına getməzlər. Hal hazırki vəziyyətdə ölkə təhsilini repetitor və hazırlıq kursları idarə edir.