Logo

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

14.03.2025 08:41 90 baxış
IMG

2000-dən artıq tələbənin qatıldığı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatı yekunlaşıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu gün Bakı Konqres Mərkəzində 25 ali təhsil müəssisəsindən 33 komandanın yarışdığı final mərhələsinin qalibləri elan olunub. 3 komanda çempionatın qalibi olub. Birinci yeri Bakı Ali Neft Məktəbinin, ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, üçüncü yeri Azərbaycan Tibb Universitetinin komandası qazanıb.

“3 sual.az” İntellektual Oyunlar üçün platformanın həmtəsisçisi, icraçı direktoru Əhməd Əliyev “Azərbaycan müəllimi”nə bildirib ki, 33 komandaya 48 sual verilib, onlardan  31-nə düzgün cavab verən Bakı Ali Neft Məktəbinin “Stongs” komandası qalib olub: “Lakin onlarla eyni sayda suala düzgün cavab verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Bendetta” komandası ikinci yerə layiq görüldü. Əlavə göstəricilərə, reytinq xallarına görə məhz “Stongs” komandası qalib elan edildi. Üçüncü yeri isə Azərbaycan Tibb Universitetinin “Old school” komandası 30 suala düzgün cavab verərək qazandı”.

Qalibləri Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev mükafatlandırıb.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, bu cür yarışlar gənclərin komanda şəklində işləmə bacarıqlarını gücləndirir və elmi biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaradır.

 

 

 

 


 

Xəbər lenti