“Sabahın alimləri” müsabiqəsinə qatılanların arasında qızların sayı ildən-ilə artır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin açılışında deyib.
Rektor bildirib ki, bu, qızların tədqiqat sahəsinə maraqlarının artması deməkdir və çox sevindirici haldır:
“Müsabiqəyə regionlarımızdan şagirdlər qatılır, onlar müəyyən mənada tələbə həyatı yaşayırlar. Müsabiqənin gedişatı boyunca layihələrin təqdimatı, əsaslandırılması şagirdlərin bilik və bacarıqların inkişafına xidmət edəcək”.
Elmar Qasımov müsabiqənin artıq 14 ildir ki, keçirilməsini üstünlük kimi qiymətləndirib.