Logo

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin problemləri müzakirə edilib

13.03.2025 11:54 33 baxış
IMG

Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Kürdəmirdə seçicilərlə qəbulu çərçivəsində muzeyin Xaqani Şirvani adına Aran regional şöbəsinin əməkdaşları ilə görüşüb.

Bu barədə TƏHSİL.BİZ -ə muzeydən məlumat verilib. Görüşdə bölgənin ədəbi-mədəni həyatında muzeyin yeri və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Aran regional şöbəsinin mövcud problemlərinin həlli istiqamətində tədbirlər planı müəyyənləşdirilib, qarşıdakı aylarda keçiriləcək ədəbi-mədəni tədbirlərin dairəsi müzakirə edilib.

Xəbər lenti