Logo

BSU-da III Beynəlxalq Elmi Konfrans keçiriləcək

12.03.2025 10:51 118 baxış
IMG

Aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) “İNKLÜZİV TƏHSİLDƏN İNKLÜZİV CƏMİYYƏTƏ: BƏRABƏR İMKANLAR VƏ DAYANIQLI İNKİŞAF” (İTİC 2025) III Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir.

Konfransın əsas məqsədi inklüziv təhsilin təşkilində məzmun və təlim texnologiyalarının tətbiqi, səriştə əsaslı kadr hazırlığı, eləcə də cəmiyyətin dayanıqlı inkişaf hədəflərinə (SDG) çatmaqda təhsil müəssisələrinin təcrübələrinin öyrənilməsi və müzakirəsidir.

Tədbir çərçivəsində aşağıdakı mövzular ətrafında müzakirələr aparılacaqdır:

Təhsilin inklüziv modelləri: siyasət və təcrübə

İnklüziv və dayanıqlı universitetlər

İcma əsaslı inklüziv təhsil

Konfrans dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri, akademik heyət üzvlərini və tədqiqatçıları bir araya gətirərək inklüziv təhsilin inkişafına dair bilik və təcrübə mübadiləsi üçün beynəlxalq platforma yaradacaqdır.

Konfransa elmi məqalələrin təqdim edilməsi üçün son tarix 31 mart 2025-ci il müəyyən edilib.

Əlaqə və ətraflı məlumat üçün:

+994 12 599 08 70 (519)

+994 50 200 13 30

+994 50 274 70 34

[email protected]

Bütün maraqlananları bu elmi müzakirədə iştirak etməyə dəvət edirik!

Xəbər lenti