Logo

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14.03.2025 11:11 99 baxış
IMG

Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə 4,55 milyard manat ayrılıb ki, bu da əvvəlki ilin icra göstəricisi ilə müqayisədə 426 milyon manat və ya 10,3% çoxdur.
2024-cü ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün 236,1 milyon manat (2023-cü illə müqayisədə 42,5 milyon manat və ya 22% çox) məbləğində vəsait nəzərdə tutulub.

Xəbər lenti