Logo

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14.03.2025 16:15 62 baxış
IMG

“Müasir elmdə bir çox bacarıqlar tələb olunur. Təbii ki, istedad da vacib amillərdən biridir. Şagirdlərin istedadlarını vaxtında aşkarlayıb dəyərləndirmək və inkişaf etdirmək olduqca vacibdir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu elm vətəhsil nazirinin müavini Firudin Qurbanov Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin mükafatlandırma mərasimində deyib.

O bildirib ki, məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi təşkil edilir, STEAM layihəsi həyata keçirilir. Bütün bu tədbirlərin məqsədi şagirdlərin istedadını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Nazir müavini şagirdlərin hazırladığı innovativ layihələrdən bəhs edərək qeyd edib ki, bu layihələr bugünkü şagirdlərin gələcəkdə müxtəlif tədqiqat sahələri üzrə fəaliyyət göstərəcək alimlər olacaqlarını deməyə əsas verir.

Xəbər lenti