Logo

Paytaxt məktəblilərindən maraqlı Novruz tamaşası

19.03.2025 11:59 55 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında “Dəyərlərimizi qoruyaq: zamana səyahət” adlı Novruz tamaşası təqdim olunub.

Bu barədə BŞTİ-dən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşanı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Sadiq Qurbanov, Anar İsgəndərov, Mehriban Vəliyeva, Günay Əfəndiyeva, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, incəsənət nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, şagirdlər və şəhid övladları izləyiblər.

Türk xalqlarının mənəvi birliyini, qəhrəmanlıq ruhunu və ailə dəyərlərini özündə əks etdirən tamaşanın hazırlanmasında əsas məqsəd gənc nəslin soykökümüzə, adət-ənənələrimizə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasından, tarixi qəhrəmanlarımızın, görkəmli şəxsiyyətlərimizin təhsilalanlara tanıdılmasından ibarətdir.

Tamaşada şagirdlər kainatın yaranışı, Novruz çərşənbələri, qədim Qobustan və digər səhnələr vasitəsilə baharın müjdəçisi olan Novruzun təntənəsini, türk birliyinin sarsılmazlığını tamaşaçılara çatdırıblar.

 

 

 

 


 

Xəbər lenti