Logo

BANM-in komandası “Nə? Harada? Nə zaman?” çempionu oldu

17.03.2025 10:54 48 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) komandası “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub. Çempionatda iştirakçılara 48 sual təqdim olunub.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, bu ali məktəbin “Stonks” komandası bütün rəqiblərini geridə qoyaraq çempion titulunu qazanıb.

Qalib komandanın üzvləri: Xaqani Zeynallı (informasiya təhlükəsizliyi, III kurs), Yusif Hüseynzadə (proseslərin avtomatlaşdırılması mühəndisliyi, V kurs), Elmar Yusifov (MBA, II kurs), Sahil Talıbov (kimya mühəndisliyi, V kurs), Nasir Əsədzadə (kimya mühəndisliyi, V kurs), Həsən Abbaslı (proseslərin avtomatlaşdırılması mühəndisliyi, IV kurs).

Çempionata 6 region və paytaxtdan 25 ali təhsil müəssisəsinin 32 komandası qatılıb. Finala yüksəlmək üçün 3000-dən çox tələbə ilkin seçim mərhələsində iştirak edib.

Yarış Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Xəbər lenti