Logo

Kollecdə “Ölkəmizə xarıbülbül ətirli bahar gəlir” adlı tədbir keçirilib

19.03.2025 08:46 77 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecdə Novruz bayramı münasibətilə “Ölkəmizə xarıbülbül ətirli bahar gəlir” adlı tədbir keçirilib.

Kollecdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Novruz münasibətilə təşkil edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə kollecin direktoru Şəhriyar Laçınov bayram təbriki ilə çıxış edib.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.

Daha sonra tələbələr musiqi nömrələri, şeirlər, rəqslər və Novruz səhnəcikləri təqdim ediblər.

Xəbər lenti