Logo

BDU-da “İrəvan ədəbi mühiti” mövzusunda tədbir keçirilib

17.03.2025 10:51 87 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilmiş “İrəvan ədəbi mühiti” mövzusunda elmi tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

Tədbirdə Şərqşünaslıq fakültəsinin TEC sədrinin müavini, III kurs tələbəsi Firuzə Tağıyeva ölkədə elm və təhsilin inkişafının dövlətin əsas prioritetlərindən biri olduğunu deyib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Qərbi Azərbaycan icmasının təsis edilməsinin böyük ictimai hadisə olduğunu bildirib. İrəvanın əsrlər boyu Azərbaycan mədəniyyətinin və ədəbiyyatının mühüm mərkəzlərindən biri olduğunu, bu zəngin irsin araşdırılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasının müdiri professor Fəridə Səfiyeva əslən İrəvandan olan görkəmli filosof alim Heydər Hüseynovun həyat və yaradıcılığına həsr etdiyi “Bir ömrün iziylə” kitabı haqqında danışıb. Ümummilli Lider Heydər Əliyevin filosof Heydər Hüseynovu “Azərbaycan fəlsəfə elminin banisi” adlandırdığını qeyd edib. Məruzəçi, həmçinin qələmə aldığı “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabını təqdim edib.

İrəvanşünas alim, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, Türk filologiyası kafedrasının müəllimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Güləhməd İmanov, kafedranın müəllimləri Bənövşə Hacıyeva və Şəbnəm Həsənova İrəvan və ətraf bölgələrdən zorla köçürülmüş azərbaycanlıların tarixi yaddaşını yaşatmaq, onların mədəni və elmi irsini qorumaq məqsədilə aparılan tədqiqatların, Qərbi Azərbaycan icmasının yaranmasının əhəmiyyətini vurğulayıb, İrəvanın ədəbi-mədəni mühiti və tarixi şəxsiyyətləri barədə məlumat veriblər.

Tədbirdə professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı haqqında videoçarx izlənilib.

Xəbər lenti