Logo

TİF ilə “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

19.03.2025 14:49 38 baxış
IMG

Təhsilin İnkişafı Fondu (TİF) və “Bakcell” arasında “TələbəPlus” kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

TƏHSİL.BİZ  -ə xəbər verir ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Bakcell”in baş icraçı direktoru Klaus Müller imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişaflarını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışlarını təmin etməkdir.

İmzalanmış müqaviləyə əsasən “TələbəPlus” kart istifadəçiləri üçün xüsusi güzəşt və imkanların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus tələbələrin təhsil prosesində onlara daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacaq.


 

Xəbər lenti