Logo

ADAU-da “Kənd təsərrüfatı” ixtisasları üzrə hazırlanacaq yeni təhsil proqramlarının işçi qrupunun iclası keçirilib

17.03.2025 16:16 64 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın “Kənd təsərrüfatı” ixtisasları üzrə İşçi qrupunun hibrid formatda iclası keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, iclasda çıxış edən qrupun həmsədri, ADAU-nun rektoru Zəfər Qurbanov qarşıda duran əsas məsələlərdən danışıb. O, magistratura səviyyəsində ixtisasların müasir tələblərə, həmçinin əmək bazarının ehtiyaclarına uyğun formalaşdırılmasının vacibliyini vurğulayıb.

Digər həmsədr “Azərsun Holding”in Kənd təsərrüfatı üzrə baş direktoru Mohammad Gözal da çıxış edərək, kənd təsərrüfatı sahəsində mövcud olan qlobal trendlərə toxunub. Bildirib ki, əmək bazarında baş verən dəyişikliklər kadr hazırlığının yenidən nəzərdən keçirilməsini zəruri edir və bu sahədə innovativ yanaşmalar önə çəkilməlidir.

İclasın davamında Tədris şöbəsinin müdiri, dosent Elay Zeynallı iştirakçıları İşçi və alt işçi qrupların üzvləri ilə tanış edib. Onun sözlərinə görə, bu qruplara ölkənin aparıcı ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının, dövlət və özəl sektorun mütəxəssisləri cəlb olunub.

Müzakirələrdən sonra gündəlikdə olan məsələlər səsverməyə çıxarılıb və yekdilliklə qəbul edilib.

 

Xəbər lenti