ADNSU-nun 18 ixtisası beynəlxalq akkreditasiyadan keçib, daha 10 ixtisasın akkreditasiyadan keçməsi nəzrədə tutulub.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Belə ki, ADNSU-nun bakalavr üzrə 3 ixtisası “Mexanika mühəndisliyi”, “Cihaz mühəndisliyi”, “Ekologiya mühəndisliyi” ASİİN Beynəlxalq akkreditasiyasına, 7 ixtisası isə FİBAA Beynəlxalq akkreditasiyasına təqdim olunması üçün hazırlanır.
Martın 14-də Beynəlxalq akkreditasiyaya hazırlıq mərhələsi çərçivəsində ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və Təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov məsul əməkdaşlarla görüşərək bu barədə müzakirələr aparıblar. Görüşdə beynəlxalq akkreditasiya üçün nəzərdə tutulmuş 10 ixtisasın hazırlıq prosesi ilə əlaqədar çatışmazlıqlar təhlil olunub və görüləcək işlər müəyyənləşdirilib.