Logo

BSU-nun gənc dostu “Sabahın alimləri” müsabiqəsinin qalibi olub

17.03.2025 08:45 71 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) gənc dostu Zamiq Şükürov “Sabahın alimləri” müsabiqəsində uğur qazanaraq II yerin qalibi olub. O, istedadı və elmi araşdırmaları ilə diqqət çəkərək universitetin xüsusi dəstəyini qazanıb.

TƏHSİL.BİZ xəbər verir ki, 2 mart 2024-cü il tarixində Zamiq Şükürov “Robotex” yarışmasında iştirak edərkən BSU-nun rektoru Anar Nağıyev tərəfindən universitetə dəvət olunub. 2 aprel 2024-cü ildə BSU-da təşkil edilən “İnklüziv cəmiyyətdə imkanlar və yeni texnologiyalar: gənclərin gözü ilə” adlı dəyirmi masada Z.Şükürov müxtəlif ali təhsil müəssisələrinin rəhbər nümayəndələrinin iştirakı ilə “The Right Way” layihəsini təqdim edib.

BSU-nun gənc istedadların inkişafına verdiyi dəstəyin davamı olaraq, 20 may 2024-cü il tarixində Baku Slavyan Universitetinin rektoru Anar Nağıyev Zamiq Şükürovun təhsil aldığı məktəbi ziyarət edərək onunla və müəllimləri ilə görüşüb. Bu müddət ərzində universitet rəhbərliyi və əməkdaşları Zamiqə mütəmadi olaraq tövsiyələr və dəstək məktubları təqdim ediblər.

Gənc dostumuzu qazandığı uğura görə təbrik edir, təhsil yolunda ona daha böyük nailiyyətlər arzu edirik!

Xəbər lenti