Logo

BDU-da “Gənclərin hüquq elminin inkişafında rolu” mövzusunda tədbir keçirilib

17.03.2025 16:56 89 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilmiş “Gənclərin hüquq elminin inkişafında rolu” adlı tədbir keçirilib.

BDU-dan  TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Rahim Məmmədov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov çıxış edərək Hüquq fakültəsinin ölkəmizdə hüquq elminin inkişafındakı rolundan, hüquq məktəblərinin formalaşmasındakı əhəmiyyətindən bəhs ediblər. Daha sonra Mülki proses və kommersiya hüququ kafedrasının müdiri dosent Əsmər Əliyeva, Əmək və ekologiya hüququ kafedrasının müəllimi Nərmin Həsənli Hüquq fakültəsində mövcud olan elmi məktəblərin fəaliyyətində davamlılığın və inkişafın təmin edilməsi məqsədilə gənc nəslin elmi araşdırmalara cəlb olunmasının vacibliyini vurğulayıblar.

Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, IV kurs tələbəsi Mansur Səmədov “Tələbə Hüquq Jurnalı”, orada məqalə dərc etdirməyin tələbələrə verəcəyi faydalar, tələbələrin akademik fəaliyyətə həvəsləndirilməsi məqsədilə TEC tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Xəbər lenti